Roman Qriqorçuk: "Bu haqda çox düşünmək istəmirik"

Roman Qriqorçuk: "Bu haqda çox düşünmək istəmirik"
14:22 20 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının qrup mərhələsinin bu gün keçiriləcək III turunun "Saint-Etienne" - "Qəbələ" oyunundan öncə "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı təşkil olunub. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis matçla bağlı bunları deyib:

"Bugünkü məşqimizin oyunun keçiriləcəyi stadionda baş tutmamasını problem hesab etmirik. Bu qərarı verənlər futbol naminə bu addımı atıblar ki, meydan sabahkı qarşılaşma zamanı yaxşı vəziyyətdə olsun. Əlbəttə, istəyərdik ki, hazırlığımız həmin arenada baş tutsun. Biz də vəziyyəti olduğu kimi, anlayışla qəbul edirik. Çox yaxşı başa düşürük ki, strateji cəhətdən qrupdan çıxmaq üçün bizə qələbə qazanmaq lazımdır. Təkcə sabahkı qarşılaşmada deyil, keçirəcəyimiz növbəti matçların hamısında bunu etməliyik. Lakin bu haqda çox düşünmək istəmirik. Mən futbol oynamağımızı istəyirəm. Mənim yanaşmam nəticə gətirir. Sabah istənilən yolla, ciddi şəkildə üslubumuzu, baxışımızı dəyişməklə nəyə isə nail olmağa əl atmayacağıq. Sabahkı matça itkilərlə çıxacağıq. Bu haqda çox danışılıb. Amma məsələyə maraqla yanaşmaq lazımdır. Az şans qazanan futbolçuların belə güclü rəqiblə görüşdə neçə təsir bağışlayacağı maraqlıdır. Komandamızın yarısı olmadan oynayacağımıza çox fikir vermək istəmirik. Buna problem kimi deyil, təbəssümlə yanaşıram. İstəyərdim ki, Baqali Dabo, Nika Kvekveskiri, Rəşad Sadiqov, Elvin Camalov da hazır olsunlar. Onlar meydana çıxsaydılar belə, bizim üçün "Saint-Etienne" kimi güclü komandaya qarşı oynamaq asan olmazdı. Onların yoxluğunda oyunumuzun necə alınacağını baxacağıq. Sadiqovun yoxluğunda kapitanın kim olacağını müəyyənləşdirməmişik. Bezotosnı sarğının ona mane olduğunu əsas gətirərək, bunu istəmir. "Sent-Etyen" haqda müsbət fikirdəyəm. Bu komanda çox yaxşı heyətə malikdir. Komplektləşmiş rəqibimiz üçün bir neçə oyunçunun yoxluğunu hiss etdirməmək çətin olmayacaq. "Sent-Etyen"in tərkibində çox sürətli futbolçular var ki, onları zərərsizləşdirmək heç də asan deyil. Rəqibin bəzi oyunçularının iştirak etməyəcəyi haqda məlumatım var. Heç kimə, rəqibimizə də arzulamıram ki, zədə üzündən futbolçusunu itirsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR