Aprel döyüşlərində şəhid olmuş hərbçinin ailəsinə ev verildi - FOTO

Aprel döyüşlərində şəhid olmuş hərbçinin ailəsinə ev verildi - FOTO
14:27 20 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kəndində doğulan Ülvin Məmmədovun ailəsi üçün yaşadıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni fərdi yaşayış evi inşa edilib.

20 oktyabr 2016-cı il tarixində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Taxtakörpü qəsəbəsinin sakinləri şəhid Ülvin Məmmədovun məzarını ziyarət edib, məzarı üstünə əklil qoyublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ETSN-in sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni inşa olunmuş fərdi yaşayış evinin açarı şəhidin ailəsinə təqdim olunub.

Qeyd edək ki, ümumi sahəsi 18 sot olan torpaq sahəsində inşa edilən 80 m2-lik 3 otaqlı ev hər cür şəraitlə təmin olunub və həyətyanı sahədə 60 ədəd meyvə və dekorativ ağac əkilib.

Tədbirdə iştirak edən yerli ictimaiyyətin nümayəndələri dövlət başçısı cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədilə həyata keçirdiyi siyasətdən, imzaladığı fərman və sərəncamlardan razılıqlarını bildirib, bu tədbirlərin hər bir vətəndaşın dövlətimizə, dövlətimizin rəhbərinə inam və etimad hissini daim artırdığını qeyd ediblər.

Şəhid Ü.Məmmədovun ailəsi həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR