UEFA Avropa Liqasının üçüncü turu çərçivəsində "Mançester Yunayted" "Fənərbağça"nı qəbul edəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mançester təmsilçisinin baş məşqçisi Mourinyo oyunla bağlı fikirlərini bölüşüb: "Düşünürəm ki, "Fənərbağça" olduqca keyfiyyətli oyunçuları heyətinə cəlb edib. Bizim oyun qrafikimiz olduqca sıxdır və bu o deməkdir ki, həftə bizim üçün olduqca çətin olacaq. Bizim ən böyük üstünlüyümüz sadəcə mükəmməl futbolçuların bir yerdə olması deyil, həm də onların bir-biri ilə dost olmasıdır".
Təxmini start heyətlə bağlı açıqlama verməkdən çəkinən Mourinyo sadəcə Lyuk Şounun heyətdə olacağının dəqiq olduğunu bildirib.
Milli.Az