Sürət həddini aşan Almaz Ələsgərova: “Niyə avtomobilimi əlimdən...”

Sürət həddini aşan Almaz Ələsgərova: “Niyə avtomobilimi əlimdən...”
14:33 20 Oktyabr 2016
88 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Almaz Ələsgərova sürət həddini aşdığına görə cərimə olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, sənətçi yayılan məlumatı təkzib edib:

“Mən bilmirəm nə düşüblər müğənnilərin üstünə. Mənim heç bir cərimə balım yoxdur. Nə vaxtsa olub, ödəmişəm. Əgər deyilən qədər cərimələrim və radarım varsa, niyə avtomobilimi tutub əlimdən almırlar. Avtomobilimi idarə edirəm, hələ ki, əlimdən alan yoxdur. Yalan xəbərlər yaymaq lazım deyil. İnsanıq cərimə də olunarıq, ödəyərik də, bunu bu qədər şişirtməyin nə mənası var axı”.

Qeyd edək ki, Avtosfer.az-ın məlumatına görə, onun idarə etdiyi “Chevrolet” markalı, 90 HD 013 dövlət nömrə nişanlı avtomobilin hazırda 5 MMX radarı var. Onlardan 2-si 50 manat - 2 bal, 2-si isə 150 manat 3 bal, biri isə 10 manatlıq qayda pozuntusudur. Həmin MMX-ların hamısı sürət həddinin aşılması ilə bağlıdır. Görünür, Almaz Ələsgərli sənətində o qədər də sürətli ola bilməsə də, yollarda sürətlə hərəkət etməyi çox sevir. Bu isə həm cəmiyyətə pis örnəkdir, həm də sonu faciə ilə bitə biləcək bir davranışdır.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR