Bəzi ərazilər hələ də su altındadır - FOTOLAR

Bəzi ərazilər hələ də su altındadır - FOTOLAR
14:33 20 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər yağan yağışlar Bakıda və Abşeron yarımadasındakı bir sıra ərazilərdə yaşayış məntəqələrinin su il dolmasına səbəb olub. Təkcə bir gün ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Lakin paytaxtın bir sıra ərazilərində qrunt sularının səviyyəsinin qalxması nəticəsində zirzəmi, həyətyanı sahələr və evlərin su ilə dolması halı hələ də müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Publika.az-a verdiyi məlumata görə, buna səbəb qrunt sularının səviyyəsini artmasıdır: "İntensiv yağışlar nəticəsində torpaq su ilə doyub və suların axacağı bir sistem olmadığına görə onun torpağın üst qatında qalması normaldır.

Onun sözlərinə görə, bu gün aparılan monitorinqlər zamanı Binəqədi və Sabunçu rayonları ərazisində qrunt sularının səviyyəsinin qalxması müşahidə edilib: “Binəqədi rayonu ərazisində Məlik Aslanov küçəsində, Sabunçu rayonu “Savalan” qəsəbəsi, Daş karxanası ərazisi və “Şuşa şəhərciyi”ndə son günlər yağan yağışlar nəticəsində qrunt sularının səviyyəsi qalxıb və əraziləri su ilə dolub".

R.Həsənov bildirib ki, aparılan müşahidələr əvvəlki günlərlə müqayisədə qrunt sularının səviyyəsinin enmədiyini göstərir: "Bəzi evlərin zirzəmisinin 20 sm-ə qədər su ilə dolması müşahidə edilir".

O, yağışlı hava şəraiti ilə əlaqədar sürüşmə sahələrini aktivləşdiyini bildirib: “Masazırda Mirzə İbrahimov küçəsində uzunluğu 30 metr olan ərazidə istinad divarının uçması qeydə alınıb. Bunun səbəbi divarın arxasındakı qrunt qatının həll olub, ağır kütlə halında divara basqı verməsi ilə əlaqədardır. Əhmədli qəsəbəsdində məktəbin idman meydançasında oxşar hal müşahidə edilib. Zığ sürüşmə sahəsində local sahələrdə prosesin dinamikasında aktivlik müşahidə olunur. Torpaq qatında qırılmalar qeydə alınıb”.

Gülxar



Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR