Gənc Tamaşaçılar Teatrının baş rejissoru beynəlxalq festivalda münsif üzvü olacaq

Gənc Tamaşaçılar Teatrının baş rejissoru beynəlxalq festivalda münsif üzvü olacaq
14:37 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov “Avrasiyanın ürəyi – Qazaxıstan” Mərkəzi Asiya ölkələrinin VI Beynəlxalq Teatr Festivalına dəvət alıb.
Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, baş rejissor festivalda münsiflər heyətinin üzvü olacaq. 
Oktyabrın 23-dən 28-dək davam edəcək festivala B.Osmanovu Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi dəvət edib. Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə keçiriləcək festival Taldıkorqan şəhərində baş tutacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/genc-tamasacilar-teatrinin-bas-rejissoru-beynelxalq-festivalda-munsif-uzvu-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR