Rusiyaya səfər edənlərin NƏZƏRİNƏ

Rusiyaya səfər edənlərin NƏZƏRİNƏ
14:52 20 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rusiya və Azərbaycan 6 yeni müntəzəm sərnişin marşrutu açmağı planlaşdırır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev Bakıda Azərbaycan-Rusiya qarışıq komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, hazırda Rusiya və Azərbaycan arasında sərnişindaşıma üzrə doqquz müntəzəm avtobus marşutu həyata keçirilir.

Rusiya azərbaycanlı yükdaşıyıcılar üçün şəraiti asanlaşdırır
E.Abdullayev qeyd edib ki, bunlar Bakı-Moskva, Bakı-Nijni Novqorod, Bakı - Sankt-Peterburq, Gəncə-Moskva, Bakı-Stavropol Bakı-Tolyatti, Bakı-Krasnodar, Bakı-Kazan marşrutlarıdır:
"Biz Rusiyanın daha 6 şəhərinə yeni marşrut açmağı nəzərdən keçiririk".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR