Cəlilabadın Kövüzbulaq kəndinə ilk dəfə qaz verilib

Cəlilabadın Kövüzbulaq kəndinə ilk dəfə qaz verilib
15:02 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Cəlilabad rayonunun Kövüzbulaq kəndinə ilk dəfə təbii qaz verilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 222 abonentlik Kövüzbulaq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 745 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd olunub ki, hazırda rayonun Gülməmmədli və Xəlilabad kəndlərində də qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/celilabadin-kovuzbulaq-kendine-ilk-defe-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR