8 ay əvvəl öldü, qonşuların dünən xəbəri oldu - FOTO

8 ay əvvəl öldü, qonşuların dünən xəbəri oldu - FOTO
15:12 20 Oktyabr 2016
261 Dünya
Ölkə mətbuatı
A- A+

Belçikada 82 yaşlı kişinin öldüyünü qonşular 8 aydan sonra biliblər.

Milli.Az "Haberler"ə istinadla xəbər verir ki, istilik sistemlərinin qoşulması üçün imza toplayan qonşular kişinin qapısını döyüblər. Onlar qapının açılmamasından şübhələnərək polis çağırıblar. Polislər qapını qıraraq içəri giriblər. Onları gördükləri qorxunc mənzərə qarşısında şoka düşüblər. Belə ki, polislər 82 yaşlı kişinin çürümüş cəsədini tapıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, kişi 8 ay əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, onun 2 oğlu var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR