II Dünya Müharibəsində yoxa çıxan təyyarələr tapıldı - VİDEO

II Dünya Müharibəsində yoxa çıxan təyyarələr tapıldı - VİDEO
15:33 20 Oktyabr 2016
129 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kayseri bölgəsində II Dünya Müharibəsi zamanı yerin altına basdırılan təyyarələr aşkarlanıb.

Publika.az
xəbər verir ki, təyyarələr kayseridə dağ depoları deyilən yerdə tapılıb.

Həmin depolarda təyyarələrin saxlanıldığı ilk dəfə 1992-ci ildə məlum olub. Lakin sonradan bu məsələ gizlədilib.

Döyüş təyyarələri üzrə araşdırmalar aparan Stuart Klin bildirib ki, 1948-ci ildə Kayseriyə uçan 36 döyüş təyyarəsinin biri yolda məcburi eniş edib.

“Digərləri isə Kayseriyə eniş etdilər. Bunlar alman mənşəli təyyarələr idi. O vaxt “Marşal” planı çərçivəsində Türkiyəyə yüzlərlə təyyarə verilmişdi. Sonradan həmin təyyarələr Türkiyəyə bağışlandı. Lakin təkcə bir şey istədilər ki, alman mənşəli təyyarələr yox edilsin. Həmin təyyarələr Kayseridə basdırıldı”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR