Bakıda yaşayış binasında yanğınla bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğınla bağlı RƏSMİ MƏLUMAT  - YENİLƏNİB
15:34 20 Oktyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nizami rayonunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 139 m2 olan üç otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m2 sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 12:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

***

 

12:40

 

Nizami rayonunda yaşayış binalarından birində yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın məlumatına görə, 8-ci kilometr ərazisində yerləşən “Dost” marketin üzərindəki binanın 15-ci mərtəbəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.  

 

Xəbər yenilənir.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR