Ronaldinyo Azərbaycan komandası ilə məşqə çıxacaq

Ronaldinyo Azərbaycan komandası ilə məşqə çıxacaq
15:47 20 Oktyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, məşhur futbolçu, milyonların sevimlisi Ronaldinyo Azərbaycandadır.

Qaynarinfo.Az xəbər verir ki, “Qəbələ” İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. Milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaq.

Məlum olduğu kimi, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz Bakıda açılacaq.

6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

Xatırladaq ki, Ronaldinyonun iştirakı ilə mətbuat konfransı bu gün saat 16:00-da Olimpiya stadionunun konfrans zalında baş tutacaq. Mətbuat konfransının ardından Ronaldinyo Olimpiya stadionunun yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə məşqə çıxacaq.

Fanat


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldinyo-azrbaycan-komandas-il-mq-cxacaq-t53486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR