Bakıda çörək festivalı - fotolar

Bakıda çörək festivalı -  fotolar
16:06 20 Oktyabr 2016
210 Şou
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Kulinariya Günü münasibətilə Bakıda ilk dəfə I Beynəlxalq Çörək Festivalı keçirilib.

Axşam.az-ın AzərTac-a istinadən məlumatına görə, tədbirə Azərbaycanın 24 şəhər və rayonu ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan təmsilçiləri də qatılıblar. Festivalda bölgələr və ölkələr üzrə ayrılmış stendlərdə hər bir yer üçün xarakterik olan çörək və çörək məhsulları qonaqlara təqdim edilib. Tədbirdə Türkiyə 7, Özbəkistan 3, Qırğızıstan isə 5 növ çörəklə təmsil olunub.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva kulinarları əlamətdar gün münasibətilə təbrik edib.

Beynəlxalq Kulinariya Gününün ölkəmizdə 2007-ci ildən keçirildiyini söyləyən S.Məmmədəliyeva bu il Azərbaycan kulinarlarının 10-cu dəfədir öz peşə bayramlarını qeyd etdiklərini vurğulayıb.

Milli Məclisin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva çıxış edərək qədim zamanlardan elin sərvəti, bolluq və bərəkət rəmzi sayılan çörəyə Azərbaycanda xüsusi münasibət olduğunu söyləyiblər.







Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59615

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR