Hafka “Lans”ı itirdi

Hafka “Lans”ı itirdi
16:24 5 Yanvar 2015
228 İdman
Ölkə mətbuatı
A- A+

Fransa mətbuatında Hafiz Məmmədovun sahibi olduğu “Lans”la bağlı yeni məlumat yayılıb.

Lent.az-ın komanda.az-a istinadən verdiyi məlumata görə, yayılan məlumatda yanvarın 1-dən etibarən klubun auksionerində dəyişiklik baş verdiyi vurğulanır. Bu barədə “Lans”ın prezidenti Jerve Martel hələ dekabrın 17-də məlumat sızdırmışdı. O, məsələni “bu, azərbaycanlılar arasında olan problemdir” kimi xarakterizə etmişdi.

Fransa mətbuatının iddiasına görə, dekabrın 31-nə qədər məsələ həllini tapmalı idi. Bu günə qədər Martelin susması məsələnin həll olunması anlamını verir. Fransız həmkarlarımız iddia edir ki, klubun yeni sahibi də azərbaycanlıdır. Bu, Anar Məmmədovdur - nəqliyyat naziri Ziya Məmmədovun oğlu. Fransızlar onu “Qarant Holdinq”in baş icraçı direktoru, tikinti, nəqliyyat, turizm maqnatı kimi təqdim ediblər.

Məlumata görə, “Lans”ın Hafiz Məmmədova məxsus olan səhmləri Anar Məmmədov və onun kompaniyası tərəfindən alınıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR