Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub
16:22 20 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağrır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Mübariz Əsədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Əsədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR