Baku Open Cup 2016 yarışması keçirildi - FOTO

Baku  Open Cup 2016 yarışması keçirildi - FOTO
16:37 20 Oktyabr 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Gənclər İttifaqı (AGİ) tərəfindən təmsil olunan Azərbaycan Rəqs Assosiasiyası (ARA) "Baku Open Cup 2016" yarışması keçirildi. Münsiflər heyətində Azərbaycanın əməkdar rəqs xadimləri iştirak ediblər. Rima Məmmədova, Tair Eynullayev, Fərid İbrahimov, Ülviyyə Həsənova, Fərhad Əliyev, Andrey Freeman, Kamran Məmmədov və Veronika Talıbova münsiflər heyətində iştirak ediblər. Münsiflər heyəti Azərbaycan Respublikasının əməkdar artisti Azərbaycan rəqsinin tanınmış rəqqası, müəllimi, xoreoqrafı Kamil Dadaşovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Həmin gün rəqs şousu, folklor stilizasiyası, folklor etnika, oriental, bollivud eləcə də hip-hop şou və batl istiqamətləri üzrə müsabiqələr baş tutmuşdur. Yarışma dörd yaş kateqoriyasında keçirilmişdir - beybi, uşaqlar, yuniorlar və böyüklər.

Açıq Bakı Kubokunda paytaxt kollektivləri, Gürcüstan, Rusiya, Ukraynadan gəlmiş kollektivlər, eləcə də ölkəmizin regionları - Göy Göl, Gəncə, Sumqayıt, Bərdə, Mingəçevir və s. şəhərlərdən olan kollektivlər çıxış etmişdir.

"Təxmin etdiyim kimi müsabiqələr parlaq idi! Burada Bakının və ümumilikdə Azərbaycan rəqsinin sərhədlərini genişləndirmək və qonşu ölkələrdən gəncləri sağlam və mədəni həyata cəlb etmək imkanını vermiş açıq status da əhəmiyyətli rol oynamışdır. Bütün qonaqlarımız çox razı qaldı, bu isə bizi çox sevindirdi. Ümid edirəm ki, bu kollektivləri müsabiqələrimizdə bundan sonra çox görəcəyik, və həmçinin ümid edirəm ki, bizim də onların müsabiqələrinə getmək imkanımız olacaq. Komandamız verilmiş tapşırığın öhdəsindən son dərəcə yaxşı gəlmişdir. Biz yerimizdə durmuruq və rahatlanıb oturmağa da hazırlaşmırıq. Noyabr ayı üçün Payız nağılı adlı festivalı və dekabr ayının 11 Azərbaycan Kuboku keçirdməyə hazırlaşırıq", deyə ARA-nın prezidenti və AGİ-nın sədr müavini Əziz Əzizov bildirdi.

Aşağıda kubok sahiblərinin siyahısı verilmişdir:
Folk Style:
Ansambl - baby - 1 yer - Azad rəqs qrupu
Solo - Child - 1 yer - İnci rəqs qrupu
Kiçik qrup (7 nəfərə kimi) - child - 1  yer - Jam SS rəqs məktəbi
Kiçik qrup (7 nəfərə kimi) - Juniors - 1 yer - Azad rəqs qrupu
Qarışıq yaş ansamblları - 1 yer - Naxış rəqs qrupu

Folk Etnika:
Duet - Baby - 1 yer - İnci rəqs qrupu
Solo - Child - 1 plaxe - İnci rəqs qrupu
Duet - Child - 1 yer - Azad rəqs qrupu
Solo - Juniors - 1 yer - Leyla rəqs qrupu
Kiçik qrup (7 nəfərə kimi) - Juniors - 1 yer - Uğur rəqs qrupu 
Ansambl - Juniors - GG rəqs Gimnaziyası ( Zuqdidi, Gürcüstan) 
Solo - Adults - Lenay Seyidəlizadə 

Show Dance:
Solo - Child - 1 yer - Jam SS
Kiçik qrup (7 nəfərə kimi) - Child - 1 yer - The Legenel 
Duet - Child - 1 yer - Uğur rəqs qrupu
Solo - Juniors - 1 yer - Jam SS
Mini - prouction - 1 yer - Smart Kids 

Bollywood:
Solo - Baby - 1 yer - Buta rəqs qrupu
Solo - Child - 1 yer - Mingəçevir rəqs qrupu 
Solo - Adults - 1 yer - Əsgərova Solmaz
Ansambl - Juniors - 1 yer - Leyla rəqs qrupu 
Duet - Child - 1 yer - Buta rəqs qrupu 

Hip Hop Shou:

Crew - 1 yer - Jam SS

Hip - Hop Batl :
Child - Yusif Cəfərli Jam SS
Adults - Maqa Abdullayev

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR