Ronaldinyo: "Əvvəllər də Azərbaycan haqqında yaxşı sözlər eşitmişdim"

Ronaldinyo: "Əvvəllər də Azərbaycan haqqında yaxşı sözlər eşitmişdim"
16:37 20 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Əvvəllər də Azərbaycan haqqında yaxşı sözlər eşitmişdim. Bu ölkədə braziliyalı futbolçuların oynadığını bilirdim. Təqribən 1,6 ay öncə biz "Qəbələ" ilə futbol məktəbimin Azərbaycanda açılması barədə danışıqlara başladıq. Bakıya dünən gecə saatlarında çatmışam. Hava limanından çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox bəyəndim. Bu gün də bura gəlmişəm. Tədbirdən sonra şəhərlə tanışlıq imkanım olacaq."
"Report"un xəbərinə görə, bunu Bakıda səfərdə olan məşhur braziliyalı futbolçu Ronaldinyo keçirdiyi mətbuat konfransında deyib.
"Əsas məqsədim akademiyaya gələn uşaqların adımı eşidərək, məşqlərə daha ciddi yanaşmalarıdır. Onlar gələcəkdə böyük futbolçu olsalar, bu, mənim uğurum olacaq və buna da sevinəcəyəm. Onların böyük klublarda oynamaq imkanları olsa, buna kömək göstərəcəyəm. Allah mənə istedad verdi. Böyüyəndə hamıdan çox məşq edirdim. Bu da bəhrəsini verdi və bütün titulları qazandım" - məşhur futbolçu vurğulayıb.
O, "Qremio" klubunun azarkeşi olduğunu deyib və sevimli futbolçusunun adını da açıqlayıb: "Sevimli futbolçum Lionel Messidir".

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/ronaldinyo-azerbaycan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR