Ronaldinyo: Azərbaycan haqda çoxlu yaxşı sözlər eşitmişdim - YENİLƏNİR

Ronaldinyo: Azərbaycan haqda çoxlu yaxşı sözlər eşitmişdim - YENİLƏNİR
16:38 20 Oktyabr 2016
19 İdman
Ölkə mətbuatı
A- A+

“Hamınızı salamlayıram. Mən əvvəllər də Azərbaycan haqda çoxlu yaxşı sözlər eşitmişdim”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan əfsanəvi futbolçu Ronaldinyo deyib.

“Qəbələ” klubunun təşəbbüsü ilə Bakıda olan superulduzun adına ölkəmizdə akademiya açılacaq.

Bununla bağlı Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında “sambaçı” bunları söyləyib: “Bilirdim ki, burda çoxlu braziliyalı futbolçular oynayıb. Bakıda olmağıma çox şadam”.

- “Qəbələ”nin Futbol Akademiyasının açılışı ilə bağlı təklif nə vaxt oldu?

- Təxminən bir ay yarım əvvəldən “Qəbələ” futbol klubu ilə bu barədə danışıqlara başladıq.

- Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüb. Bu barədə fikirləriniz maraqlıdı...

- Azərbaycan yığmasının bu seçmə mərhələyə yaxşı başladığını eşitmişəm. 7 xal toplamısınız. Gəlmişəm ki, ölkəni daha yaxşı tanıyım və onun futbolu ilə daha yaxından maraqlanım.

- Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi?

- Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odu ki, belə bir məsələ gündəmə gəlsin.

- Son vaxtlar Hindistanda çıxış etdiniz. Azərbaycan klublarından təklif gəlsə, cavabınız nə olar?

- Bəli, Hindistan futzalında bəzi oyunlar keçirdim. Düzü, karyeramı bitirib-biitirməməklə bağlı hələ qərar verməmişəm. Dekabr ayına qədər qərar verəcəm. Ola bilsin ki, vida oyunu keçirim.

- Sizə görə, dünyanın ən güclü futbolçusu kimdi?

- Lionel Messi.

- İlk dəfədi Bakıdasınız. Bura sizdə necə təəssürat yaratdı? Nəyə heyran qaldınız?

- Düzünü deyim, dünən axşam gəlmişəm. Aeroportdan çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox sevdim. Şəhəri gəzməyə hələ vaxtım olmayıb. Burdan çıxandan sonra daha yaxından tanıyacam.

- Sizin bir neçə ölkədə akademiyanız var. Bakıda istedadlı uşaqları görüb, burdakı akademiyaya necə kömək edə bilərsiniz?

- Əsas məqsədim odu ki, akademiyaya gələn uşaqlar mənim adımı eşidib, öz futbollarına daha ciddi yanaşsınlar. Onlar gələcəkdə peşəkar oyunçu olsalar, bu, mənim uğurum olacaq, buna çox sevinəcəm. Böyük klublara getmək imkanları olsa, bunda mütləq köməklik göstərəcəm.

- Siz anadan belə futbolçu doğulmuşdunuz, yoxsa tədricən bu səviyyədə oldunuz?

- Yəqin mən doğulanda Allah mənə istedad verdi. Amma böyüyəndə çoxlu məşq etdim. Bəlkə də, hamıdan çox məşq edirdim. Qazandığım bütün titullar bunun bəhrəsidir.

- Mətbuat konfransında çox adamın olması sizə İspaniyanı xatırlatmır?

- Deyə bilmərəm, harda jurnalist daha çox gəlirdi. Amma sizin hamınıza minnətdaram. Mənə hörmətinizi göstərirsiniz. Hamınıza “çox sağ ol” deyirəm.

- Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinə uğurlu start götürüb. Bu barədə fikirləriniz maraqlıdı...

- Azərbaycan yığmasının bu seçmə mərhələyə yaxşı başladığını eşitmişəm. 7 xal toplamısınız. Gəlmişəm ki, ölkəni daha yaxşı tanıyım və onun futbolu ilə daha yaxından maraqlanım.

- Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi?

- Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odu ki, belə bir məsələ gündəmə gəlsin.

- Son vaxtlar Hindistanda çıxış etdiniz. Azərbaycan klublarından təklif gəlsə, cavabınız nə olar?

- Bəli, Hindistan futzalında bəzi oyunlar keçirdim. Düzü, karyeramı bitirib-biitirməməklə bağlı hələ qərar verməmişəm. Dekabr ayına qədər qərar verəcəm. Ola bilsin ki, vida oyunu keçirim.

- Sizə görə, dünyanın ən güclü futbolçusu kimdi?

- Lionel Messi.

- İlk dəfədi Bakıdasınız. Bura sizdə necə təəssürat yaratdı? Nəyə heyran qaldınız?

- Düzünü deyim, dünən axşam gəlmişəm. Aeroportdan çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox sevdim. Şəhəri gəzməyə hələ vaxtım olmayıb. Burdan çıxandan sonra daha yaxından tanıyacam.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR