“Məktəblinin dostu” layihəsi üzrə təlimlər başlayıb

“Məktəblinin dostu” layihəsi üzrə təlimlər başlayıb
17:14 20 Oktyabr 2016
173 Digər
Ölkə mətbuatı
A- A+

“Məktəblinin dostu” pilot layihəsi üzrə təlimlərə start verilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  bir ay ərzində davam edəcək təlimlər Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən aparılacaq.

 

Namizədlərə fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrindən istifadə ilə bağlı məlumatlar veriləcək. Eləcə də namizədlər təcili tibbi yardım xidməti hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması və müdaxilənin edilməsi haqqında məlumatlandırılacaqlar.

 

Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi “Məktəblilərin dostu” layihəsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlər aparmaq məqsədini daşıyır.

 

“Məktəblinin dostu” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcək.

 

Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən müəyyən edilən namizədlər “Məktəblinin dostu” seçiləcəklər.

 

Bildirək ki, layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. 

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR