Azərbaycanda əcnəbini qul kimi işlədən şəxs MƏHKƏMƏ QARŞISINDA

Azərbaycanda əcnəbini qul kimi işlədən şəxs MƏHKƏMƏ QARŞISINDA
16:24 5 Yanvar 2015
180 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonu, Köçəsgər kənd sakini, 1960-cı il təvəllüdlü Əliyev Şahin Kərəm oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, təqsirləndirilən şəxs Ş.Əliyev Ukrayna vətəndaşı, 1951-ci il təvəllüdlü Aleksandr Zıkovun pasportunu və hərbi biletini götürüb, sərbəst yerdəyişmə imkanlarını əlindən almaqla ona psixi təsir göstərərək daim qorxu altında saxlayıb və azadlığını məhdudlaşdırıb.

2007-ci ilin sentyabr ayından etibarən Ukrayna vətəndaşını özünə məxsus fermada saxlayan Şahin Əliyev onu öz mal-qarasına baxmağa, təmizlik işləri aparmağa məcbur edib, mütəmadi olaraq döyüb.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə daxil olan məlumat əsasında ötən il aprel ayının 5-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aleksandr Zıkov fermada aşkar edilib.

Törətdiyi cinayət əməlinə görə Şahin Əliyevə qarşı Cinayət Məcəlləsinin 144-2.1-ci (məcburi əmək) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Şahin Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 1986-cı ildə spirt satışı ilə məşğul olduğuna görə məhkum olunduğunu, 2006-cı ildə isə oğurluqda ittiham edildiyini göstərib: “Maldarlıqla, fermer təsərrüfatı ilə məşğul oluram. Ferma kəndimizdən 5 kilometr aralıda yerləşir. Saşanı (Aleksandr Zıkovu nəzərdə tutur-red.) tez-tez Tovuz rayon sakini olan Həsən adlı şəxsin yanında qonaqlıqda görmüşdüm. Onun nə işlə məşğul olduğunu bilmirdim. 2007-ci ildə Həsən vəfat etdi. Yas mərasimində Saşanın yenə içkili olduğunu gördüm. Saşa mənə yaxınlaşıb yeməyinin, arağının olmadığını, heç kimin onun qeydinə qalmadığını deyərək onu fermaya aparmağımı xahiş etdi.

Həsənlə münasibətimiz olduğuna görə onun oğlu Eldar Saşanı mənə verməkdən imtina etmədi. Saşanı özümlə fermama apardım, hərbi biletini, pasportunu da Eldardan götürdüm. O vaxtdan etibarən Saşa fermada işləməyə başladı”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR