Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)
İrəvanda keçirilən iclasında quruma yeni baş katibin seçiləcəyi
gözlənilirdi.
Publika.az xəbər verir ki, yeni baş katibin erməni
olacağına görə, Ermənistan bu məsələnin həll olunmasına
tələsirdi.
Məlumatlara görə, keçmiş müdafiə nazirləri Seyran Ohanyan və Vaqarşak Arutyunyanın KTMT-nin baş katibliyinə namizədlikləri irəli sürülmüşdü. Lakin iclasda yeni baş katibin seçilməsi mümkün olmadı.
KTMT-nin baş katibi Nikolay Bordyuje bildirib ki, qurumun üzv
ölkələrinin rəhbərlərinin hamısı iclasda iştirak etmədiyi üçün yeni
baş katibin seçilməsi təxirə salınıb.
“Qazaxıstan prezidenti Nursultan Nazarbayev sammitdə iştirak
etmədiyinə görə yeni baş katib məsələsi müzakirə olunmayıb. Bu
məsələnin bütün prezidentlərin iştirakı ilə həll olunmasını nəzərə
alan liderlər dekabrda görüşmək barədə razılığa gəliblər. Məhz
onda, Şuranın bütün iştirakçıları iclasda olduğu vaxt liderlər
yekun qərar qəbul edəcəklər”, - o, qeyd edib.
Məhz burada Nursultan Nazarbayevin “xəstələnməsi”nin sirri bir daha
aydın olur.
Ermənistan aprel müharibəsindən sonra oktyabrın 14-də
ikinci dəfə alçaldı.
Bu sözləri isə “armenianreport” saytının jurnalisti Tevos Arşakyan
yazıb.
Erməni jurnalist qeyd edir ki, iclas Ermənistan üçün təhqiredici
oldu: “Hökumət rəsmiləri ilə qeyri-rəsmi görüşlərimizdə onlar
İrəvanın baş verənlərdən qəzəbləndiyini dilə gətirirlər. Xüsusilə
aprel hadisələrində Azərbaycanı dəstəkləyənlərin İrəvanda oturub,
yenə eyni dəstəyi göstərməsi artıq hər şeyin göstəricisi idi. Digər
tərəfdən, yeni baş katibin seçilməməsi də böyük zərbə idi”.
Ermənistan hökumətindəki yüksəkvəzifəli şəxslərdən biri erməni
jurnalistə deyib ki, iclasdan öncə pərdəarxasında KTMT-nin yeni baş
katibinin Ohanyan olacağı razılaşdırılmışdı.
“Bu haqda vədlər verilmişdi. Lakin Azərbaycanın müdaxiləsindən
sonra Rusiya, Belarus və Qazaxıstan liderləri geri çəkildi.
Nazarbayev gəlmədiyi üçün Putinlə Lukaşenko dedilər ki, bu məsələ
ilin sonuna kimi təxirə salınır. Bu haqda əvvəldən Sarkisyana
məlumat verilməmişdi. Çünki Ohanyanın seçilməsi məsələsi təxirə
salınanda bizim prezident üçü əsil zərbə oldu”, - hökumətdəki mənbə
deyib.
Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə də Nazarbayevin məhz
Azərbaycana görə İrəvana getmədiyini təsdiqləyib: “Qazaxıstan
prezidenti azərbaycanlı həmkarı ilə məsləhətləşmələrdən sonra bu
addımı atdı. Göründüyü kimi, Azərbaycan diplomatik sahədə də bizə
qarşı təzyiq edir”.
Asif