Mariya Zaxarova: “Türkiyənin Qarabağ məsələsində aktivliyini alqışlayırıq”

Mariya Zaxarova: “Türkiyənin Qarabağ məsələsində aktivliyini alqışlayırıq”
17:53 20 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

“ATƏT-in Minsk qrupunun formatında hər-hansı dəyişikliyin olub-olmayacağı haqda məlumat yoxdur”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Türkiyənin Qarabağ münaqişəsinin həllinə töhfələr verə biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

M. Zaxarova Rusiyanın Minsk qrupu ölkələrinin konstruktiv rolunu alqışladığını vurğulayıb.

“Minsk qrupu ölkələrinin əsas missiyası Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamaq və münaqişənin həllinə töhfə verməkdir. Minsk qrupunun üzvü olan Türkiyənin münaqişənin həllində aktiv rol oynaması da yalnız alqışlana bilər”, - deyə o bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya məsələsində Rusiyanı dəstəkləməsini də şərh edən M. Zaxarova Bakının dəstəyinin Moskva üçün əhəmiyyətli olduğunu qeyd edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR