Yol polisi ötən gün 5155 nəfər sürücünü cərimələyib

Yol polisi ötən gün 5155 nəfər sürücünü cərimələyib
18:02 20 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində 5155 nəfər sürücünün inzibati xəta törətdiyini aşkar edib.
Bu barədə "Report"a idarədən məlumat verilib.
Bildirilib ki, oktyabrın 19-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 47-si sükan arxasına sərxoş halda əyləşdiyinə görə 2 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2023 nəfər sürücüyə elektron protokol (MMX) tərtib edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR