Dəməşqdə rusiyalı jurnalistlərə atəş açıldı – VİDEO

Dəməşqdə rusiyalı jurnalistlərə atəş açıldı – VİDEO
18:03 20 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Hələbdə dinc sakinlərin və hərbiçilərin təxliyə olunması üçün yaradılan koridorda çəkiliş aparan “Russia Today” (RT) telekanalının əməkdaşları silahlı atəşə məruz qalıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Rusiya və Suriyada Bəşər Əsəd ordusu tərəfindən elan olunan atəşkəs zamanı baş verib.

Rusiya hərbiçiləri bu gün səhər saatlarında Dəməşqdə dinc sakinlərin və hərbiçilərin təxliyə olunması üçün 11 saatlıq vaxt verib. Həmin vaxt ərzində Dəməşqdə əhalinin təxliyəsi üçün 2 koridor yaradılıb. Həmin koridorlardan birinin yaxınlığında çəkiliş aparan rusiyalı jurnalistlər isə qəfil açılan atəşlərin altında qalıb. Ancaq güllələrdən heç biri jurnalistlərə dəyməyib.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR