Prezident binaların təmirinə 3 milyon manat ayırdı

Prezident binaların təmirinə 3 milyon manat ayırdı
18:17 20 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Qazax rayonunda mühüm infrastruktur və sosialyönümlü layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, Ədəbiyyat Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 11 mindən çox yeni iş yeri açılmış, qırx beş min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 67 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamda qeyd olunur ki, Qazaxda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR