NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində təlim keçirilir

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində təlim keçirilir
18:49 20 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində bəyan etdiyi ƏİK Kəşfiyyat bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilir. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlim zamanı kəşfiyyat bölmələrinin NATO ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilir.

Təlimdə NATO-nun İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR