Arvadını asfaltda sürüdü - XOŞAGƏLMƏZ HADİSƏ - FOTOLAR

Arvadını asfaltda sürüdü - XOŞAGƏLMƏZ HADİSƏ - FOTOLAR
18:53 20 Oktyabr 2016
273 İdman
Ölkə mətbuatı
A- A+

Maşından düşərkən həyat yoldaşının paltosu qapının arasında qalır. Bunu hiss etməyən məşqçi avtomobili sürməyə başlayır və qışqırıq səsi eşidir...

Publika.az xəbər verir ki, bu xoşagəlməz olay İngiltərənin Bornmut şəhərində baş verib. İngiltərənin məşhur futbol mütəxəssislərindən biri Harri Rednapp sükan arxasında olarkən bilmədən həyat yoldaşını asfaltda sürüyüb.

Hadisə təsadüf nəticəsində baş verib. Rednappın xanımı Sandra maşından düşərkən paltosu arxa qapının arasında qalıb. Buna fikir verməyən mütəxəssis yoluna davam etmək istəyəndə qışqırıq səsi eşidib. Dərhal maşını saxlasa da, Sandranın ayağı ciddi zədələnib.

Pərviz Hikmət




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR