İrandan Türkiyəyə "Mosul mesajı"

İrandan Türkiyəyə "Mosul mesajı"
19:22 20 Oktyabr 2016
126 Dünya
Ölkə mətbuatı
A- A+

İranın ali lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti İranın Mosul əməliyyatına qoşulmaq niyyətində olmadığını bildirib.

Trend-in "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, Mosul əməliyyatına İraq istisna olmaqla, hər hansı bir ölkənin qoşulma haqqının olmadığını deyən Ə.Vilayəti qeyd edib ki, bəzi ölkələr İraq rəhbərliyindən icazə almadan bu ölkəyə hərbi qüvvə göndərib:

"Bu məsələ beynəlxalq qaydalara ziddir. Bu ölkələrin məqsədi gələcəkdə oradan miras tələb etməkdir".

Ə.Vilayətinin bu açıqlamasını isə KİV İranın Mosul əməliyyatına qoşulmaqda israr edən Türkiyəyə üstüörtülü mesajı kimi dəyərləndirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR