Tanqo, şərab, Messi və “Tanrının əli” - FOTOLAR

Tanqo, şərab, Messi və “Tanrının əli” - FOTOLAR
19:28 20 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Avropa, Asiya və Afrika ölkələri daha sizi cəlb etmir? O zaman Amerika qitəsinin cənub seqmentində, And dağları və Atlantik okeanı arasında yerləşən, böyüklüyünə görə Cənubi Amerika materikinin ikinci, dünyanın səkkizinci dövləti və ən əsası tanqonun vətəni sayılan Argentinaya gedin.

Fikir tərzinə görə İspaniyaya, həyat tərzinə görə Fransaya, ünsiyyət üslubuna görə isə İtaliyaya bənzəyən Argentina Avropanın ən koloritli dövləti ola bilərdi. Səyyahlar Argentinada hindu mədəniyyəti ilə tanış olmaq imkanı qazanacaq, sənət biliciləri bu ölkədə tarixi memarlıq nümunələrini görə, macəra axtaranlar isə təbiətin qoynunda doyunca dincələcəklər.

Dünyanın o biri başında yerləşən ölkədə nələrdən zövq almaq olar?

Publika.az-ın “Yolçu” layihəsi çərçivəsində bu həftə oxucuları Argentinaya virtual səyahətə dəvət edirik. Odur ki, yolçu yolda, gözlər isə yazıda gərək....

Argentina latınca “argentum” sözündəndir, mənası “gümüş” deməkdir. İspan konkistadorları ilk dəfə bu torpağa ayaq basarkən və Rio-De-La-Plata çayı sahillərinə çatarkən, bu çayda həddindən artıq gümüş olduğunu görəndə onları heyrət bürüyüb. Odur ki, çayda olan gümüşə görə bu torpağa “Argentina” adı verilib.

Buenos-Ayres

Image result for buenos aires

Argentina ilə tanışlığa ilk növbədə, əlbəttə, Latın Amerikasının ən gözəl şəhəri və ölkənin paytaxtı olan Buenos-Ayreslə başlamaq lazımdır. Xeyirxahlıq mələyi bu şəhəri mehriban meh kimi müşayiət edir. Yeri gəlmişkən Buanes-Ayres tərcümədə xeyirxah külək mənasını verir.

Bayres (argentinalılar onu məhz belə adlandırırlar) - qitənin ən fəal şəhərlərdən biridir. Köhnə şəhərə kolorit qatan göydələnlər işgüzar paytaxtın nəfəsini hiss etdirir.

İquasu şəlaləsi

Iguazú Şelalesi

İquasu şəlaləsi Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhədində, İquasu Milli Parkının ərazisində yerləşir. İki ölkə razılığa gəlib ki, su gəzintilərini argentinalılar, təhlükəli hava əyləncə növlərini isə braziliyalılar həyata keçirsin. Şəlalənin hansı istiqamətdən daha gözəl göründüyünü demək çətindir. Buna hər iki ölkəyə səfər etdikdən sonra özünüz qərar verin. Yeri gəlmişkən şəlaləni görmək üçün ən yaxşı vaxt sentyabr ilə iyun ayı arasındakı dövrdür.

Şəlalə 1984-cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilib. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilər və kaynqanqlar sayılır. Şəlalənin ən böyük hissəsi “İblis boğazı” “U” formasında olub, eni 150 və uzunluğu isə 700 metrə çatır. Şəlalənin bu hissəsi Braziliya ilə Argentinanın sərhədlərini müəyyənləşdirir.

Tanqonu vətənində öyrənin

Аргентинского танго

Heç kimə sirr deyil ki, dünyanın bütün guşələrində sevilən tanqo rəqsinin vətəni Argentinadır. Buenos-Ayresdə tanqo rəqsini öyrənmək üçün çoxlu sayda məktəblər var. Ümumiyyətlə, hər addımbaşı küçənin ortasında ehtirasla tanqo rəqsi edən cütlüklər görsəniz, təəccüblənməyin. Bu rəqsi öyrənməyə həvəsiniz olmasa belə, onların rəqsini mütləq izləməlisiniz. Xatirə üçün telefonun kamerasına bir neçə kadrı lentə almağı unutmayın.

Əgər siz tanqo həvəskarısınızsa, onda Argentinanın paytaxtına dekabrın 11-də səfər edin. Çünki 11 dekabr Beynəlxalq tanqo günü kimi qeyd olunur. Bu gün Argentinada təntənəli şəkildə təşkil edilir və bütün şəhərin küçələri rəqs meydançasına çevrilir. İndi bu bayramı dünyanın bütün ölkələrində qeyd edirlər.

Perito buzlağının zirvəsini fəth edin

Argentinanın mühüm qürur mənbəyindən biri də sahəsi 257 kvadrat kilometr olan Perito Mereno buzlağıdır. O, dəniz səthindən 74 metr yüksəklikdə yerləşir. Və bu, su altında gizlənən buzlağın faktiki hündürlüyünün yalnız yeddinci hissəsidir. Buzlağa qədər turist avtobusla gedə, gecələmək üçün qonşu El-Kalafate şəhərində dayanmaq olar. Ən təəccüblüsü odur ki, buzlaq durmadan böyüyür, alimlər buzlağın genişləməsinin səbəbini indiyədək tapmayıb.

La Bokada fotosessiya

Image result for la boka

Image result for la boka

La Boka turistlərin ən çox axışdığı Buenos-Ayresin qədim rayonlarında biridir. Bu rayonun ən məşhur küçəsi açıq səma altında muzey kimi tanınan Kaminitodur. Burada uşaqlıqda nağıllar oxuyarkən gözlərimizin önündə canlandırdığımız rəngbərəng, şirin və köhnə evləri görmək mümkündür. Qırmızı pəncərə və balkonlar, sarı, göy və yaşıl pilləkənlər, al-əlvan damları olan evlərin fonunda əla fotolar çəkdirmək olar. Bu ənənənin əsası sakinlərin əlinə boya keçən kimi evlərini rəngləməsi ilə yaranıb. Odur ki, özünüzlə fotoaparat aparmağı unutmayın.

Argentinalıların şərab dequstasiyasında iştirak etmək

Şarap ise başka bir hikaye.

Buenos-Ayresdən min kilometr uzaqlıqda yerləşən Mendoza əyaləti dünya şöhrətli şərabçılıq bölgəsi kimi məşhurdur. Təbii ki, zəngin yağışlar və küləklərlə yetişən üzüm şərabının dadı tamam başqa aləmdir... Üzüm məhsul yığımına həsr edilən “Vendimi” milli şərab festivalı hər il mart ayının ilk şənbə günü Mendoza əyalətində keçirilir. Bayram konsertində üzüm şərəfinə müxtəlif idman tədbirləri, atəşfəşanlıq və əlbəttə, şərab dequstasiyası folklor festivalları, dini mərasimlər və “Vendimi” kraliçası müsabiqəsi keçirilir. Əgər bu festival vaxtına düşə bilməsəniz, ən azından şərab zirzəmilərinə gedib müxtəlif şərab sortları sınaqdan keçirə bilərsiniz.

Göllərdə istirahət

Gözəl mənzərəsi ilə fərqlənən Bariloçe Pataqon Andda yerləşən kiçik şəhərdir. Onu tez-tez "Argentinanın İsveçrəsi" adlandırırlar, çünki burada çoxlu göl, meşələr var, həmçinin yaxşı dağ-xizək turizmi inkişaf edib və ölkədəki ən dadlı şokoladı məhz burada düzəldirlər. Bariloçe Xuapi Naxuel gölünün cənub sahilində, onun yaxınlığında eyniadlı milli park yerləşir.

Matepiya mərasimində olmaq

Argentinalıların milli içkisinin dadına baxın. Buenos-Ayresdə haraya getməyinizdən asılı olmayaraq, siz hər yerdə bu çayı içən insanlar görəcəksiniz. Mate Cənubi Amerika ölkələrində də məşhurdur, məsələn, Uruqvayda. Amma əmin olun ki, mate çayının vətəni Argentinadır. Bu çayın tərkibində matein adlı kofeinə oxşayan komponent var. Matein çaya acı və dadsız tam verir. Ümumiyyətlə, bu çayı içmək ritualdır. Mərasimə cavabdeh olan insan sebadir adlanır. Mərasim ənənəvi olaraq saat əqrəbinin əksi istiqamətində keçirilir.

Kolon Teatrı

Image result for colon theather

Image result for colon theather

Buenos-Ayresdə yerləşən Kolon Teatrı həqiqətən mükəmməl akustika ilə dünyadakı ən yaxşı opera binalarından biri kimi qəbul edilir.

Arxitekturası

Image result for palacio barolo

Dantenin İlahi Komediyasından ilhamlanaraq tikilən Palasio Barolo cənnət, cəhənnəm və ərafı təmsil edən 22 mərtəbədən ibarətdir.

El Ateneo kitabxanası

Image result for El Ateneo

Bir vaxtlar teatr olan kitab mağazasının əvvəlki dekorasiyası qorunub saxlanılıb. Bura dünyadakı ən gözəl kitab mağazalarından biridir.

Buenos-Ayresdə Yapon bağı

Buenos Aires Japon Bahçesi

Argentinadakı Yapon nəbatat bağı dünyanın ən gözəl və sakit guşələrindən biridir.

Mar de plyajı

Mar de PlataMar de plyajı Argentinadakı ən böyük çimərlikdir. Həmçinin dünyada ən xoşbəxt şəhərlərdən biri kimi tanınır.

Dadlı steyk, bifşteks və ya kolbasa...

Аргентинская кухня

Argentinalıların hazırladığı yeməklərdən zeytun yağı və ədviyyatların ətri gəlir. Argentinalılar xörəkləri hazırlayarkan sonsuz qədər ədviyyatlardan istifadə etdiklərinə görə həmin xörəklərin dadı İtaliya və ya Fransada hazırlanan xörəklərin tamını verir.

Argentinada ət yeməkləri çox sevilir. Bu da Argentinanın dünyada ən çox ət istehsal edən ölkə olması ilə izah edilir. Onlar ət xörəklərini səhər yeməyindən təxminən bir saat sonra ənənəvi lançda yeyirlər. Bunun səbəbi onların səhər yeməyində yüngül qidalanmasıdır. Çünki səhərlər bir fincan çay və ya qəhvə ilə kifaytlənirlər.

Argentinanın vizit kartı qrildə qızardılmış şirəli mal əti, donuz piyində qızardılmış ləzzətli iri klyoteklər və qeyri-adi qırmızı çaxırdır. Əgər argentinalıların çox sevdikləri barbekü qonaqlığına çağırılmış olsanız, onda böyük yemək porsiyalarını görəndə təəccüblənməyin. Həmçinin bilmək lazımdır ki, ətdən başqa, qrildə həmçinin bəzi insanların sevmədikləri heyvan xayaları və ya içalatı bişirilə bilər. Bişirilməzdən əvvəl ət bir neçə saat ərzində sarımsaq, cəfəri, duz, duru yağ və bir az sirkə və ya limondan ibarət olan marinadda saxlanılır. Ət qrildə bişərkən, üzərinə marinadın suyu tökülür.

Milanesa”

Milanesa

Qalet ununa batırılan pendirlə qarışdırılmış ət. Daha nə gözləyirsiniz?

“Empanadas”

Empanadas

İçinə Empanadas bifşteks, toyuq, pendir və ət doldurulmuş xəmir yeməyidir. Sobada bişirilmiş və ya qızardılmış olaraq servis edilir.

“Chimichurri Sauce”

Chimichurri Sauce

Cəfəri, zeytun yağı və müxtəlif ədviyyatlarla bişirilən yeməkdir, həmçinin sendviç və ya baget çörəklə də yemək olar.

“Choripan”

Choripan

Çörəyin arasında servis edilən chorizo, chimichurri sousu süfrəyə verilir. Asan hazırlanan və ləzzətlidir.

“Dulce də Leche”

Dulce de Leche

Argentinalılar keks növlərini ispanlardan mənimsəyib. Ən məşhur şirniyyat karamelə bənzər süd və şəkərdən hazırlanmış “dulce de leche”-dir. Karamel kimi, amma şirin südlə hazırlanan bu ləziz yemək Argentinanın ən məşhur desertidir.

Argentina bifşteksi

Image result for bifshteks

Argentinalılar bifşteksi bol yerkökülü, kahı və pomidorlu tərəvəz salatı ilə birlikdə təqdim edir. Yanında bir boşqab kartof qızartması, kolbasa, böyük bir şüşə sok gətirilir. Və bu doyumlu menyunun hamısı ucuz qiymətə başa gəlir.

Dəniz məhsulları

Atlantik okeanın sahili boyu yerləşən bütün restoranlarda Aralıq dənizi regionunun restoranlarında verilən keyfiyyətli yeməklərdən fəqlənməyən gözəl hazırlanmış dəniz məhsullarını sifariş etmək olar.

Argentinadan gələrkən nə gətirməli?

Alış-veriş demək olar ki, hər bir səfərin ayrılmaz tərkib hissəsidir. Argentinadan qayıdanda özünüzlə yalnız soyuducu üçün maqnitlər deyil, mütləq dəri məmulatları da gətirin. Çünki Argentina dəri məmulatları həvəskarlar üçün əsl cənnətdir. Çoxsaylı mağazalarda siz dəri çantalar, ayaqqabılar, ağlagəlməz bəzək əşyaları, məsələn, yəhər, çamadanlar və müxtəlif aksessuarlar ala bilərsiniz. Su samuru kürkü və dərilərdən başqa ölkədən gümüş aksessauarlar, Argentina şərabı, gitara, sənət əşyaları, habelə mate çayı bu ölkə haqqında gözəl xatirə ola bilər.

İdman

Ölkədə ən məşhur idman növü futbol sayılır. Argentina milli futbol komandası dünya reytinqində ön sıralardadır. Hamıya məlumdur ki, Buenos-Ayres peşəkar futbol klublarının ən məşhur mərkəzidir. Bu da şəhərdə xüsusi bənzərsiz futbol atmosferi yaradır.

Argentinadan danışan zaman “Tanrının əli” olan Maradona və “bu dünyadan olmayan” Messi kimi futbolun iki canlı əfsanəsinin adını çəkməyə bilmərik. Bu iki şəxsin adını çəkmək əslində Argentina haqqında çox şey deyir...

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/yolchu/172908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR