Özil yeni müqavilə üçün şərt qoydu

Özil yeni müqavilə üçün şərt qoydu
19:29 20 Oktyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil klubun yeni müqavilə təklifini qəbul etməyib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı futbolçu rəhbərliyin qarşısına şərt qoyub.

 

Çempionlar Liqasının qrup mərhələsində “Ludoqorets”lə (6:0) dünənki qarşılaşmada het-trik edən 28 yaşlı oyunçu yeni müqavilənin bütün detalları ilə razılaşsa da, rəhbərlikdən baş məşqçi Arsen Vengerin komandada qalmasını tələb edib. Klubla anlaşması cari mövsümün sonuna qədər olan fransalı mütəxəssisin gələcək taleyinin qeyri-müəyyən olması Türkiyə əsilli futbolçunun “hə” deməsinə mane olur. Əgər “topçular” Vengerin qalacağına təminat versələr, futbolçu yeni anlaşmaya qol çəkəcək.
 

Qeyd edək ki, Məsut Özil 2013-cü ildən “Arsenal”ın formasını geyinir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR