“ASAN Viza” sistemi haqqında Əsasnamə təsdiqlənib

“ASAN Viza” sistemi haqqında Əsasnamə təsdiqlənib
19:32 20 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. 
"Report"un məlumatına görə, sənədə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib azirlər Kabinetinə məlumat verməlidir.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/asan-viza-sistemi-haqqinda-esasname-tesdiqlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR