"Bir nəfərə verib 500 manat alacaqdım" - narkotik satan şəxs saxlanıldı - VİDEO - FOTO

"Bir nəfərə verib 500 manat alacaqdım" - narkotik satan şəxs saxlanıldı - VİDEO - FOTO
19:37 20 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər nazirliyinin baş narkotiklərlə mübarizə idarəsinin cənub bölgəsində regional şöbənin əməkdaşları Biləsuvar rayonunun Ağalı kəndi ərazisində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

ARB TV xəbər verir ki, əvvəllər məhkum olunanan un yük çantasına baxış zamanı oradan 7 kq-dan artıq tiryək aşkar olunaraq götürülüb. İlkin dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini bildirib.

Saxlanılan şəxs: "Telefon əlaqəsi yaratdım. İranlı şəxslə telefonla danışdıq. Tiryəkin yerini dedi, mən də gedib götürdüm. Onu zəng edib deyəcəyi adama verməli idim. Onun müqabilində də, 500 manat pul verəcəkdi. Hardasa 7 kq çəkisi olardı".

Cinayətin digər iştirakçılarının da tapılıb, tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri  istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR