2023 sürücü "radar"a düşdü - RƏSMİ

2023 sürücü "radar"a düşdü - RƏSMİ
19:43 20 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində 5155 nəfər sürücünün inzibati xəta törətdiyini aşkar edib. Bu barədə report-a idarədən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 47-si sükan arxasına sərxoş halda əyləşdiyinə, 2 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2023 sürücüyə elektron protokol (MMX) tərtib edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/172919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR