“Namus dərsini öz evində keçsə yaxşı olar” - gənc aktrisa + foto

“Namus dərsini öz evində keçsə yaxşı olar” - gənc aktrisa + foto
20:01 20 Oktyabr 2016
362 Şou
Ölkə mətbuatı
A- A+

Sosial mediada paylaşdığı fotolara görə tənqid edilən aktrisa Pərvin Abıyeva açıqlama yayıb.

Axşam.az xəbər verir ki, 26 yaşlı aktrisa onu tənqid edənlərin ağzına və əlinə sahib olmasını istəyib.

P.Abıyeva bildirib ki, son bir gün ərzində ən az 200 insanı blok edib:

“Mən necə geyinirəm, nə edirəm, heç kimə dəxli yoxdur. Hamı dindar, hamı namuslu çıxıb. Bəs onda bu dinsiz, imansız, namussuzlar kimdir? İnsanın ürəyini bulandırmayın”.

Aktrisa deyib ki, xoşu gəlməyən onun səhifəsinə girməyə məcbur deyil:

“Bu sözü birinci və axırıncı dəfə deyirəm, nə edirəmsə, yaxşı edirəm. Heç kim mənim başımın ağası deyil. Hər kəs namus dərsini öz evində, evindəkilərə keçsə, yaxşı olar. Mənim 26 yaşım var, 12 yox...”


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR