Şagirdi döyən müəllim və məktəbin direktoru işdən çıxarılıb - VİDEO

Şagirdi döyən müəllim və məktəbin direktoru işdən çıxarılıb - VİDEO
21:17 20 Oktyabr 2016
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıdakı 247 nömrəli məktəbdə şagirdin müəlliməsi tərəfindən döyülməsi iddiası öz təsdiqini tapıb. Artıq müəllimə və həmin məktəbin direktoru işdən uzaqlaşdırılıblar.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ötən həftə paytaxtdakı məktəblərin birində müəllimənin şagirdə xəsarət yetirməsi iddiası Bakı Şəhər Təhsil İdarəsini hərəkətə keçirib.

Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı "müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, müəlliməni məsuliyyətdən yayındırmağa çalışıb.

Fakt təsdiqini tapdıqdan sonra direktor və müəllimə barəsində ciddi tədbirlər görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Tural Mirzəliyev deyir ki, müəllimlər tədris prosesində bütün etik davranış qaydalarına mütləq əməl edilməlidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR