Taksi və avtobuslar "20 Yanvar" dairəsində maneə yaradır - VİDEO

Taksi və avtobuslar "20 Yanvar" dairəsində maneə yaradır - VİDEO
21:17 20 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəziləri avtomobillərini yol kənarında ikinci sırada, bəziləri isə yolun ortasında saxlayır.  Elə bu səbəbdən də yolda uzun tıxac əmələ gəlir.

Belə vəziyyət  ''20 Yanvar'' dairəsində yaşanır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, aidiyyatı qurumlar tərəfindən taksi sürücülərinə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə vəziyyət dəyişməyib. Hələ də dairə ətrafında dayanaraq müştəri gözləyən yüzlərlə taksi var.

Taksi sürücüləri deyirlər ki, onlar məcburiyyətdən burada dayanırlar.

Dairənin yaxınlığında dayanan və Sumqayıta sərnişin daşıyan onlarla mikroavtobus isə vəziyyəti daha da ağırlaşdırır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarova "Xəzər Xəbər"ə bildirdi ki, hazırda təmsil etdiyi qurum tərəfindən paytaxtda taksi dayanacaqlarının yerinin təyin edilməsi istiqamətində iş aparılır və bu çərçivədə "20 Yanvar" dairəsi də nəzərə alınacaq.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov isə həmin ərazinin 24 saat ərzində nəzarətdə olduğunu, gün ərzində dayanma-durma qaydalarını pozan 100-dən çox sürücünün ya birbaşa yol polisi əməkdaşları tərəfindən, ya da müşahidə kameraları vasitəsilə aşkarlanaraq cərimələndiyini dedi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR