Pentaqon: ABŞ və Türkiyə tərəfdaşdır

Pentaqon: ABŞ və Türkiyə tərəfdaşdır
21:32 20 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ və Türkiyə İŞİD-lə mübarizə kampaniyası çərçivəsində əvvəlki kimi tərəfdaş olaraq qalmaqdadır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Eşton Karter Türkiyə ordusunun kürd silahlı qruplaşmalarının Suriyadakı mövqelərinə zərbələr endirməsinə dair suala cavabında deyib.  
"İŞİD-lə mübarizədə bizim əməkdaşlığımız möhkəm olaraq qalmaqdadır. Biz Suriya-Türkiyə sərhədində təhlükəsizliyin təmin edilməsi üçün çox uğurlu iş aparırıq", - deyə Karter brifinqdə bildirib. O, gələn həftə Türkiyənin milli müdafiə naziri Fikri Işıkla görüşəcəyini, danışıqlar zamanı qeyd olunan məsələnin də müzakirə ediləcəyini bildirib.  
 
ABŞ müdafiə naziri bununla belə qeyd edib ki, İraqdakı istənilən xarici qüvvələr ölkənin suverenliyinə hörmətlə yanaşmalıdır: "Biz bunu edirik, bu bizim üçün prinsipial məqamdır", - deyə nazir qeyd edib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR