Küveytdə Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub

Küveytdə Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub
21:42 20 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Küveytdə silsilə tədbirlər həyata keçirilib.
Azərbaycanın Küveytdəki səfirliyindən “Report”a verilən məlumata görə, tədbirdən biri Küveyt Dövlət Universitetinin Sosial elmlər fakültəsində baş tutub.
Səfirliyin ikinci katibi Mirdavud Sultanov “Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü. Uğurlu təcrübənin oxunuşu” mövzusunda mühazirə oxuyub. Mühazirədə o, Azərbaycanın 25 il ərzində keçdiyi inkişaf yolundan, ümumilli lider Heydər Əliyevin uğurlu siyasətindən, Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışıb. Tədbir çərçivəsində, həmçinin kitab sərgisi təşkil olunub.
Universitetin Sosial elmlər fakültəsinin dekanı professor Hamoud F.Əl-Qaşan öz növbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkədə bütün sahələr üzrə uğurlar əldə edildiyini bildirib. Dekan eyni zamanda tədris ilini müvəffəqiyyətlə başa vuran tələbələrin fakültənin hesabına Azərbaycana göndəriləcəyinə söz verib.
Eyni zamanda, səfirlikdə Küveytdə yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşlarının, həmçinin Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələrinin, türk icmasının, habelə yerli KİV nümayəndələrinin iştirakı ilə təntənəli bayram tədbiri keçirilib.
Tədbirdə səfir Elxan Qəhrəman çıxış edərək, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib, Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşduğunu və 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu qeyd edib.
Çıxışının sonunda səfir Azərbaycan xalqının gələcəkdə də müstəqil siyasət aparacağını, ölkəmizin xalqın iradəsi əsasında irəli gedəcəyini, müstəqilliyimizin dönməz, əbədi olduğunu vurğulayaraq, müstəqilliyimizin möhkəmlənməsində başda prezident İlham Əliyev olmaqla bütün xalqımıza yeni-yeni uğurlar arzulayıb.









Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/kuveytde-azerbaycanin-musteqilliyinin-25-illiyi-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR