VKontakte öz mobil rabitə operatorunu yaradır

VKontakte öz mobil rabitə operatorunu yaradır
22:05 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"VKontakte" şirkətinin rəhbərliyi yaxın gələcəkdə "VKmobile" adlanan yeni mobil rabitə operatorunu işə salmağa hazırlaşır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni şəbəkə artıq bu ilin sonuna və ya gələn ilin əvvəlinə fəaliyyətə başlaya bilər.
 
Brendin tətbiqi üçün "VKontakte" "Meqafon"dan infrastruktur icarəyə götürəcək. Artıq indidən operatorun rəsmi saytı olan "VKmobile.me" resursu qeydiyyatdan keçib.
 
"VKmobile.me"də maraqlı yeniliklərdən biri bu olacaq ki, mobil rabitə xidmətinin təqdim edilməsi sosial şəbəkənin işi ilə bağlı olacaq. Misal üçün, bir çox hallarda abunəçilərə hər hansı reklam birliklərinə daxil olma];n və ya reklam yazısını "like" etməyin müqabilində pulsuz zənglər və SMS-lər almağı təklif edəcəklər.

Hazırda adıçəkilən məlumat nə "VKontakte"nin, nə də "Meqafon"un nümayəndələri tərəfindən təsdiq olunmur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/481443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR