Ürək xəstələrinin diqqətinə: infarkt olmaq istəmirsinizsə...

Ürək xəstələrinin diqqətinə: infarkt olmaq istəmirsinizsə...
22:27 20 Oktyabr 2016
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Ürək və damar sisteminin soyuğa reaksiyası fərqli olur. Ürək soyuq havada daha  aktivləşərək, ətrafını isidir və bədəni rahatlaşdırır. Lakin xəstə və çatışmazlığı olan ürək  kifayət qədər aktivlik nümayiş etdirə bilmədiyi üçün problemlər ortaya çıxır. Bu səbəbdən də xüsusilə ürək xəstəsisinizsə, ürəyinizi soyuq havalı günlərə, qış nizamına hazırlayın.

Milli.Az lent.az-a istinadən türkiyəli ürək və damar cərrahı Bingür Sönməzin bununla ürək xəstələrinə verdiyi bəzi məsləhətləri təqdim edir.

Ürəyinizi qışa nizamlayın

Həkim ilk növbədə bildirir ki, ürək xəstələri ürək sağlamlıqları üçün mövsümi qaydalara əməl etməli və həyat tərzlərini buna əsasən proqramlaşdırmalıdırlar. Yaz aylarında su itkisinin qarşısını almaq üçün dərmanların dozalarını həkim nəzarəti ilə nizamlamaq lazımdır. Bu formada qışda da infarkt riskini artıran soyuq hava üçün də tədbirlər görməlidir. Bir sözlə, kondisioneri mövsümə uyğun nizamladığımız kimi, ürək də qış mövsümünə hazırlanmalıdır: "Ayaq damarlarında problemi olan xəstələrin ayaqlarında hiss etmə çətinliyi yaranır. Üstəlik, xəstə diabetdirsə, hiss itkisi daha çox olur. Bu halda ayaqların üşüdüyünün, donduğunun fərqinə varmır. Xüsusilə ayaq damarı problemi olan insanlar qışda çölə çıxarkən mütləq yun corab geyməlidirlər. Eyni zamanda, gecə yatarkən də yun corab geyərək ayaqları isitmək sağlamlıq baxımından faydalıdır. Ürək xəstələri gecə ayaqları üşüdüyü zaman sobanın qarşısında isitməməlidirlər. Xəstə diabetdirsə, ayaqlarında hiss olmadığı üçün istini də duya bilmir. Bu isə ayaqların yanmasına səbəb ola bilər. Bu yaraların yaxşılaşması uzun müddəti tələb etdiyindən çox ciddi fəsadlara, hətta ayağın kəsilməsinə qədər gəlib çıxa bilər. Buna görə də ən təsirli yol ayaqları isti saxlayan corab geyinməkdir. Ürək xəstələrinə qışlıq yun corablarını çıxarıb soyuq hava günlərinə hazırlıq görmələrini təklif edirəm".

Ürək xəstələri qışda məşq edə bilmirlər, küçəyə çıxa bilmirlər. Nizamlı qidalanmaqda çətinlik çəkirlər. Həkimin sözlərinə görə, soyuqda, xüsusilə külək sinə bölgələrinə vurduğu üçün küçəyə çıxmaq məsləhət deyil: "Qışda küçəyə çıxarkən şal, yaylıq, papaq taxın, cibinizə mütləq dil altı həb qoyun. Çölə çıxarkən ağız və burun şal ilə bağlanılmalıdır. Ürək xəstələri havanı burunlarından udurlar deyə, mümkün daxilində şalla ağızlarını bağlamalı, havanı isidərək içlərinə çəkməlidirlər. Bu, onları üst tənəffüs yolu infeksiyalarından qoruyacaq".

Başa mütləq papaq qoymaq lazımdır. Qulaqlardan soyuq havanın girməməsi üst tənəffüs yolu xəstəliklərinin qarşısının alınması üçün çox əhəmiyyətlidir. Çalışmaq lazımdır ki,  külək birbaşa sinəyə təmas etməsin. Çünki ürəklə bağlı şikayəti olmayan insanlar da soyuq havada (bu insanların da gizli ürək xəstəlikləri də ola bilər) sinədə ürək ağrılarının fərqinə varacaqlar: "Odur ki, ürək xəstəliyi olanlar soyuq havada küçəyə çıxarkən mütləq dil altı həbi özləri ilə götürməlidirlər. Çünki soyuqda bədən istiliyinin düşdüyündən spazm meydana gəlir və bu spazm səbəbindən ürəyə kifayət qədər qan getmir, sinə ağrısı ortaya çıxır. Ürək xəstələri küçəyə çıxarkən mütləq qalın geyinməlidirlər. Onu da qeyd edim ki, soyuqda tox qarına piyada yerimək olmaz".

Soyuq havada piyada yerimək üçün alış-veriş mərkəzini seçin

Ürək xəstələri "qış gəldisə, vəssalam, soyuqda piyada yeriyə bilmirəm" - deyib evdə oturmamalıdırlar. Bunun üçün iki variant var. Əvvəlcə, hər gün evin içində o baş-bu başa getməlidirlər. İkinci variant isə, böyük alış-veriş mərkəzlərindən birinə gedərək orada gəzməkdir. Günün sakit və insanların az olduğu vaxtda -  saat 10.00-14.00 arasında piyada yerimək faydalı olacaq: "Müasir dövrdə artıq ən kiçik alış-veriş mərkəzinin uzunluğu 100 metrdir. 5 dəfə o baş-bu başa getdikdə 1 kilometr yol edir. Bununla gündəlik piyada yerimə məşqini yerinə yetirmiş olurlar. Piyada yerimək vitrinə baxmaq kimi deyil, bir az sürətli addımlarla olmalıdır. Xəstələr üçün bu cür məkanları təklif etməyimizin səbəbi var: artıq bu cür binalar "ağıllı bina" kimi inşa edildiyi üçün içəridəki hava isti olur, infeksiyadan qoruyan mühit var, istilik sistemləri filtrlidir və hava içəri filtr edilərək verilir. Bunlar xəstənin sağlamlığı baxımından əhəmiyyətli məqamlardır. Çöldə idman etmə vərdişi olan xəstələrin mütləq bu fəaliyyətlərini bağlı mühitlərdə etmələri məsləhətdir".

Şorba, bal, bəhməz, tərəvəz və meyvə yeyin

Ürək xəstələrinin qış qidalanmaları yay proqramlarında olduğu kimi, xüsusi təyin edilməlidir. Yayda xəstələrə bol su içmək tövsiyə edildiyi kimi, qışda da lazım olan qədər kalori qəbul etmələri məsləhətdir. Çünki bədənin soyuğa və infeksiyaya qarşı dözümlü olması üçün xəstənin kifayət qədər kalori qəbul etməsi şərtdir: "Hava soyuduğu üçün ürək xəstələri kəskin pəhriz saxlamırlar. Bədənin müqavimətini qorumaq və kifayət qədər qidalanmasını təmin etmək üçün uyğun kalori qəbul edilməlidir. Diabet problemi olmayan xəstələrin səhər yeməyində bir qaşıq bal və ya bəhməz yemələri məsləhətdir. Yeməklər çox ağır - qırmızı ət, heyvani yağ ağırlıqlı olmamalıdır. Bunların əvəzinə bol meyvə-tərəvəz yemək lazımdır. Meyvə-tərəvəzlərin çiy olması vacibdir. Xüsusilə C vitamini ehtiva edən tərəvəzlər çiy yeyilərsə, tərkibindəki vitaminin də itməz". 

Artıq yumurta qadağan deyil

B. Sönməzin sözlərinə görə, illərdir ürək xəstələrinə yumurta qadağan edilib. Hətta tortun içindəki yumurtanın belə, çox təhlükəli olduğu deyilib. Lakin aparılan son araşdırmalar sübut edib ki, Omega-3 və Omega-6 tarazlığını pozduğu üçün xəstələrin yumurta yeməsində heç bir məhdudiyyət yoxdur. Bəzi kardioloqlar hər gün bir ədəd yumurta yeməyi təklif edir. Lakin səhər yeməyində günaşırı qaynanmış yumurta yemək məsləhətdir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanlı opera müğənnisi Cənubi Koreyada konsert verəcək

26 Sentyabr 2017 07:52

Çempionlar Liqasında II tur həyəcanı

26 Sentyabr 2017 07:44

Gerçək olduğuna inanmayacağınız əfsanəvi FOTOLAR

26 Sentyabr 2017 07:38

Bakıda minik maşını ilə yük avtomobili toqquşub

26 Sentyabr 2017 07:32

Bu gün Çempionlar Liqasında II tura start veriləcək

26 Sentyabr 2017 07:12

Elmə məlum olmayan heyvan tapıldı - FOTOLAR

26 Sentyabr 2017 06:58

Rusiya qırıcıları İdlibdə yaraqlıların obyektlərinə on zərbə endirib

26 Sentyabr 2017 06:57

Sabirabadda ər arvadını bıçaqladı

26 Sentyabr 2017 06:54

Karyerasını bitirmiş qapıçının adı "Bavariya"nın ÇL üçün iştirak ərizəsinə daxil edib

26 Sentyabr 2017 06:37

ABŞ Senatının ofis binasında 181 nümayişçi saxlanılıb

26 Sentyabr 2017 06:17

Ulduzlar Hollivuddan qaçır - SƏBƏB?

26 Sentyabr 2017 06:03

Turist avtobusu yük maşınına çırpıldı - 6 ölü, 20 yaralı

26 Sentyabr 2017 05:59

"Ganjlik Mall"ın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib

26 Sentyabr 2017 05:42

Daş dövrünə aid silahlar, qadınların bəzək əşyaları - FOTO

26 Sentyabr 2017 05:08

Evo Morales Donald Trampı bəşəriyyət üçün təhlükə adlandırıb

26 Sentyabr 2017 05:02

Cəlilabadda gənc ana intihar etdi

26 Sentyabr 2017 04:54

Elmlər Akademiyası metrostansiyasının önündə gənc oğlanı maşın vurub

26 Sentyabr 2017 04:42

Dünyanın ən bahalı brendləri - REYTİNQ

26 Sentyabr 2017 04:13

İngiltərə Premyer Liqasının yeni rekordçusu

26 Sentyabr 2017 04:09

BMT TŞ Myanmadakı vəziyyəti müzakirə edəcək

26 Sentyabr 2017 04:07

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub

26 Sentyabr 2017 03:32

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 260 ədəd partlamamış sursat tapılıb

26 Sentyabr 2017 03:27

Yevlaxda 37 yaşlı kişi bıçaqlandı

26 Sentyabr 2017 03:03

Şimali Karolinada insanlar "Mariya" qasırğasına görə köçürülür

26 Sentyabr 2017 03:02

Çin “WhatsApp”ı blokladı

26 Sentyabr 2017 02:54

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58