Şamaxıda sürüşmə evlərə təhlükə yaratdı (FOTO/VİDEO)

Şamaxıda sürüşmə evlərə təhlükə yaratdı (FOTO/VİDEO)
22:33 20 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxının Birinci Cabanı kəndində 20 il əvvəlki sürüşmə sahəsi yenidən aktivləşib.

Publika.az ARB Şəki-yə istinadən xəbər verir ki, kəndin yuxarı hissəsindən başlayan torpaq uçqunu 1 kilometrlik ərazini əhatə edib. Sürüşmənin mərkəzində isə 4 yaşayış evi yerləşir. Tikililərdə çatlar əmələ gəlib.Bu səbəbdən ev sahibləri evlərində gecələyə bilmirlər.

Topraq uçqunu bununla yekunlaşmayıb. Ərazidən keçən 18 metrlik təbii qaz borusu sürüşməyə tab gətirməyərək qırılıb, iki elektrik dirəyi aşıb. Bu səbəbdən kəndin işıq və qazla təminatı müvəqqəti dayansa da, aidiyyatı qurumların müdaxiləsi nəticəsində bərpa olunub.

Qobustan rayonunun Poladlı kəndində də sürüşmə aktiv fazadadır. Kəndə yeganə giriş olan yol hələ də bağlıdır. Yolun 20-22 metr hissəsi tamamilə sıradan çıxıb. İsmayıllı rayonunun İstisu kəndi ərazisində də sürüşmə davam edir. Sürüşmə sahəsinin eni 400-500, uzunluğu 600-650 metrdir.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR