Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər
22:42 20 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Çempionlar Liqasının final oyunu gələcəkdə Avropa hüdudlarından kənarda keçirilə bilər.
"Report" xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.
"Bu bir ideyadır, lakin onun hələ müzakirəyə ehtiyacı var. Şərti olaraq Portuqaliyadan Azərbaycana uçmaq, Nyu-Yorka qədər olan məsafə ilə təqribən eynidir. Odur ki, bu, azarkeşlər üçün problem olmamalıdır. Lakin bu Avropa turniridir, ona görə biz bu məsələ üzərində hələ düşünəcəyik.
Finalı keçirmək hüququnun alınması prosesi şəffaf olmalıdır. Siyasi vəziyyət nəzərə alınmayacaq", – deyə Çeferin bildirib.
Əldə edilən məlumatlara görə, final gələcəkdə Nyu-Yorkda keçirilə bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/cempionlar-liqasinin-finali-abs-da-kecirile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR