Dünyanın ən məhsuldar futbolçularının adları açıqlanıb

16:27 5 Yanvar 2015
235 İdman
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 16:25 ]

Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ildə ilk siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum 2014-cü ildə dünyanın 60 ən güclü çempionatının məhsuldar oyunçularının cədvəlini tərtib edib.

 

Ötən il başa çatan çempionatların göstəricilərinə əsasən planetin ən yaxşı bombardiri tituluna 2 futbolçu şərik çıxıb. İspaniya “Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldo və “Barselona”nın uruqvaylı legioneri Luis Suares hərəyə 31 qol vurub. Lakin sonuncu bunu 2013/14 mövsümündə formasını geydiyi İngiltərə “Liverpul”unda bacarıb.

 

Hazırda digər ispan klubu “Real-Sosyedad”ın formasını geyən Alfred Finnboqasson isə siyahıda 3-cüdü. İslandiyalı ötən mövsüm “Herenven”in heyətində Hollandiya çempionatında 29 dəfə fərqlənib.

 

Qeyd edək ki, 20 qol səddini 15 futbolçu adlaya bilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR