Əliyar Ağayev Avroliqada: 2 qol, 3 vərəqə - FOTO

Əliyar Ağayev Avroliqada: 2 qol, 3 vərəqə -   FOTO
23:37 20 Oktyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində növbəti oyununu idarə edib. Fanat.Az xəbər verir ki, FIFA referisi "Konyaspor" (Türkiyə) - "Braqa" (Portuqaliya) matçında ədaləti qoruyub.

Qarşılaşmada 2 qol vurub. 9-cu dəqiqədə meydan saşiblərindən Deni Miloşeviç hesabı açıb. 55-ci dəqiqədə Ahmed Hassan bərabərliyi təmin edib - 1:1.

Əliyar Ağayev 3 futbolçuya sarı vərəqə göstərib. Referi meydan sahiblərindən Alban Meha və Ali Turanı, qonaqlardan Rui Fonteni cəzalandırıb.

Qeyd edək ki, Əliyar Ağayevin köməkçiləri Rza Məmmədov və Zeynal Zeynalov, dördüncü hakim Mübariz Haşımov olub. Rəhim Həsənovla Orxan Məmmədov əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR