Qurban Qurbanov: "O, əsas heyətdə yer almağa layiqdi"

Qurban Qurbanov: "O, əsas heyətdə yer almağa layiqdi"
23:52 20 Oktyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

"Vacib qələbə qazandıq. İlk 2 oyunda qələbə qazana bilmədiyimiz səbəbindən oyunçularda həyəcan çox idi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində PAOK-u qəbul edən Ağdam klubu meydandan qələbə ilə ayrılıb - 2:0.

Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov qələbəni şərh edib: "Hamı matçın mahiyyətini anlayırdı. Bütün futbolçular əllərindən gələni etdilər. Çox şükür ki, oyun düşündüyümüz kimi alındı. Amma həddindən artıq ağır idi. Çünki yaxşı komandaya qarşı oynayırdıq. Bilirdik ki, rəqib son görüşlərdə uduzmurdu. Amma bizim üçün vacib onların statistikası yox, öz oyunumuz idi. Artıq diqqətimizi səfər matçına yönəldəcəyik. Bir də ki, "Qəbələ"yə uğurlar arzulayıram. Məni tez buraxsanız, gedib, "Qəbələ"nin "Sent-Etyen"lə matçına baxacam".

- İkinci hissədə daha yaxşı oynadız. Fasilədə yetirmələrinizə hansı tapşırıqları verdiz?

- Onları burda deyə bilmərəm. Amma matçın gedişində kiçik dəyişikliklər etdik. Ümumiyyətlə, hər komanda ilk hissədə düşündüyü oyunu qura bilir. Birinci hissədə rəqib bizim futbolçulara qarşı çox yaxın oynayırdı, bu da bizə çətinlik yaradırdı. Buna baxmayaraq, fasiləyə kimi 3 real qol epizodu yaratdıq. Bizim üçün vacib idi ki, düşündüyümüz oyun üslubunu sona qədər qoruyub saxlayaq. Futbolçulara tapşırmışdım ki, az səhv buraxaq. Çünki PAOK səhvlərdən maksimum istifadə etməyi bacaran komandadı. Düzdü, səhvlər oldu, amma bu, futbolda qaçılmazdı.

- Gözlədiyiniz PAOK-u meydanda gördünüz?

- Tam düşündüyüm komanda idi. Sadəcə, bir neçə futbolçusu var idi, onları oyundan kənarlaşdırmağa çalışırdıq. Ayrıca tapşırıq vermişdik. Futbolda həmişə risk var. Mən həmişə demişəm ki, əlimdəki futbolçularımın sayı nə qədər çox olsa, dəyişiklik etmək bir o qədər asandı.

- Ehtiyatda mərkəz müdafiəçisi yox idi. Bu sizi narahat etmirdi?

- İki variantımız var idi ki, risk edəcəyimiz halda, Maksim və ya Qaranı o mövqedə oynada bilərdik. Pozitiv düşünmək lazımdı. Odu ki, narahat olmadan, bu heyətə güvənmişdik.

- Reynaldo zədənməsəydi, Dino Ndlovu əsas heyətdə yer alacaqdımı?

- Kim daha çox hazır idisə, onu da meydana buraxmalıydıq. Dino öz üzərində daha çox çalışır. O, bu gün əsas heyətdə yer almağa layiqdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR