Suriya Türkiyə təyyarələrini vuracağı ilə hədələyib

Suriya Türkiyə təyyarələrini vuracağı ilə hədələyib
01:57 21 Oktyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Suriya hərbçiləri bəyan ediblər ki, Türkiyəyə məxsus hərbi təyyarələr ölkənin hava məkanına daxil olacağı təqdirdə vurulacaq.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı Suriya Silahlı Qüvvələrinə istinadən Qərb KİV-i məlumat yayıb.
"Suriyanın hava məkanının Türkiyə təyyarələri tərəfindən yenidən istənilən pozulma cəhdinin qarşısı alınacaq və onlar bütün mümkün vasitələr ilə vurulacaq", - deyə bəyanatda bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR