Göygöldə iki maşın toqquşub, hər iki sürücü yaralanıb

Göygöldə iki maşın toqquşub, hər iki sürücü yaralanıb
02:57 21 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl. 21 oktyabr. REPORT.AZ/ Gecə saatlarında Göygöl şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza iki avtomobilin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə zamanı hər iki maşının sürücüsü - 1996-cı il təvəllüdlü Göygöl rayon sakini Məmmədov Məmməd Mahiyəddin oğlu və 1963-cu il təvəllüdlü rayon sakini Aşırov Ayaz Müzəffər oğlu müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onlara dərhal tibbi yardım göstərilib və yaralılar Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstələrin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/goygolde-iki-masin-toqqusub-her-iki-surucu-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR