Paytaxtda qəza: iki yaralı

Paytaxtda qəza: iki yaralı
04:59 21 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

 

Yüksək sürətlə hərəkətdə olan 99 FZ 255 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin sürücüsü qırmızı işığa məhəl qoymayaraq yoluna davam edib və bu zaman qarşıdan gələn  "BMW" ilə toqquşub. Zərbənin gücündən "BMW" yolun kənarındakı işıqfora çırpılıb.

 

Hadisə nəticəsində "BMW"nin sürücüsü və sərnişini xəsarətlər alıb. Sürücü müayinə edildikdən sonra evə buraxılıb, sərnişin isə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

 

Avtomobillərin hər ikisi yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR