Aİ sammitində Rusiyaya qarşı yeni sanksiyalar tələb edilmədi

Aİ sammitində Rusiyaya qarşı yeni sanksiyalar tələb edilmədi
06:59 21 Oktyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının Brüsseldə keçirilən sammitində heç bir ölkə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair təklif irəli  sürməyib.  

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu sammitdən sonra Avstriya kansleri Sebastyan Kern deyib.  

 

Onun sözlərinə görə, sammit iştirakçıları Suriyadakı böhranın nizamlanmasının prioritet məsələ olduğunu qeyd ediblər: “Hazırda Hələbdə beynəlxalq humanitar təşkilatların fəaliyyətini təmin etmək üçün atəşkəs rejiminin tətbiqinin genişləndirilməsi çox vacibdir”.

 

Bundan əvvəl Almaniya kansleri Angela Merkel Hələbə aviazərbələrin  davam etdiriləcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların müzakirə olunacağını bildirmişdi.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR