Rusiyanın Kuril adalarındakı hərbi hissələri döyüş hazırlığına gətirilib

Rusiyanın Kuril adalarındakı hərbi hissələri döyüş hazırlığına gətirilib
07:24 21 Oktyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Şərqi Hərbi Dairəsinin Kuril adalarındakı qoşunlarının döyüş hazırlığı səviyyəsinin yoxlanılmasına başlanılıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Aleksandr Qordeyev bildirib.    

 

“Dairə qərargahının komissiyası Şərqi Hərbi Dairəsinin Kuril adalarında yerləşən hərbi hissələrinin yoxlanışına başlayıb. Yoxlama çərçivəsində adalardakı hərbi hissələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib”, - deyə Qordeyev bildirib.   

 

Onun sözlərinə görə, hərbçilərin fərdi şəkildə atəş, taktiki, xüsusi və digər hazırlıqlar üzrə biliklərinin yoxlanılacağı, həmçinin, hər bir komandirin ona təhkim olunan silah və texnikadan istifadə qaydaları üzrə biliklərinin  yoxlanılacağı nəzərdə tutulub.    

 

Təlimlər planına əsasən, “Qrad” reaktiv yaylım sistemlərindən dəniz hədəflərinə döyüş atışlarının həyata keçirilməsi və “Orlan” tipli pilotsuz uçan aparatlardan istifadə edilməsi nəzərdə tutulub.      


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR